Sorğu: Amerikalılar Baydeni ABŞ-nin yaşayan ən pis prezidenti hesab edirlər

2025/02/1739336791.jpg
Oxunub: 349     02:37     12 Fevral 2025    
ABŞ-nin keçmiş prezidenti Co Bayden müxtəlif vaxtlarda Ağ Evin rəhbəri vəzifəsini tutan siyasətçilər arasında ən aşağı reytinqə malikdir.

Ordu.az-ın “The Hill” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu “Gallup” sorğusunun məlumatları sübut edir.

Belə ki, respondentlərin 39%-i Baydenin 2021-2025-ci illərdə prezident kimi fəaliyyətini bəyənib, 57%-i isə onun işini mənfi qiymətləndirib. Respondentlərin 48 faizi həm 1993-2001-ci illərdə prezident olmuş Bill Klinton, həm də Donald Tramp (birinci müddətində) haqqında müsbət fikirdə olub.

2009-2017-ci illərdə Ağ Evə rəhbərlik etmiş Barak Obama amerikalılardan ən yüksək bəyənmə reytinqini alıb: 59% onun prezident kimi fəaliyyətini müsbət, 36% mənfi qiymətləndirib. Sorğu iştirakçılarının qalan hissəsi cavab verməkdə çətinlik çəkib.

2001-2009-cu illər arasında prezident olan Corc Buşun fəaliyyəti respondentlərin 52%-i tərəfindən bəyənilib, 34%-i onun fəaliyyəti haqqında mənfi fikir səsləndirib. Sorğu 2025-ci il yanvarın 21-dən 27-dək aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   ABŞ  


Bizi "telegram"da izləyin