İsrail ordusu Qəzza ətrafında döyüş hazırlığını artırıb

2025/02/1739336432.jpg
Oxunub: 655     01:01     12 Fevral 2025    
İsrail ordusu ölkənin Qəzza zolağına bitişik ərazilərinə nəzarət edən Cənub Komandanlığının döyüş hazırlığının artırılmasını və müxtəlif ssenarilər halında oraya əlavə qüvvələrin köçürüləcəyini açıqlayıb.

Ordu.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Qoşunlara əlavə qüvvələrin göndərilməsi və ehtiyatda olan şəxslərin səfərbərliyi müxtəlif ssenarilərə hazırlıq çərçivəsində həyata keçirilir”, - məlumatda deyilir.

Xatırladaq ki, bir gün əvvəl HƏMAS nümayəndələri İsrail tərəfini Qəzza zolağında müvəqqəti atəşkəs haqqında razılaşmanın şərtlərini pozmaqda ittiham edərək, məhbusların azad edilməsi prosesinin dayandırdığını bəyan ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin