Pentaqon rəhbəri ABŞ üçün əsas təhdidləri açıqlayıb

2025/02/1739336369.jpg
Oxunub: 348     00:34     12 Fevral 2025    
“ABŞ üçün əsas təhlükələr qeyri-qanuni miqrantlar və Çindən gəlir”.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Ştutqartda jurnalistlərlə söhbətində deyib.

“Hazırda başlıcası öz sərhədimizin təhlükəsizliyini təmin etməkdir. Bunu həll etmək üçün sürətlə çalışırıq. Prezident Donald Trampın dediyi kimi, əgər sərhədiniz yoxdursa, ölkəniz də yoxdur”, - o söyləyib.

Nazir vurğulayıb ki, ABŞ başqalarının sərhədlərini qoruyub, lakin indi öz sərhədlərini müdafiə etməyin vaxtı çatıb:

“Xarici təhdidlərə gəlincə, heç bir şübhə yoxdur ki, Çinin ambisiyaları çox böyükdür və onların dünyaya baxışı bizimkindən çox fərqlidir. Kim qalib gəlirsə, XXI əsrin tonunu o təyin edəcək”

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin