İsrail şərtlərə əməl etməsə, HƏMAS girovları azad etməyəcək

2025/01/1737732768.jpg
Oxunub: 492     23:26     11 Fevral 2025    
HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib ki, İsrail anklavda atəşkəs razılaşmasının şərtlərinə əməl etməsə, Qəzza zolağında qalan girovları azad etmək niyyətində deyil.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın müvafiq bəyanatı “Əl-Ərəbiyyə” telekanalı tərəfindən nəşr olunub.

“Təhdidin dili vəziyyəti çətinləşdirir və yersizdir. HƏMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyir. Qəzza razılaşmasının şərtlərinə riayət etmək girovları azad etməyin yeganə yoludur", - bəyanatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin