Husilər Qəzzada əməliyyatın bərpa olunacağı təqdirdə İsrailə hücum etməyə hazırdır
Oxunub: 542
20:18
11 Fevral 2025
Yəmənin “Ənsar Allah” hərəkatından olan husi üsyançıları İsrailin Qəzza zolağında döyüşləri bərpa edəcəyi təqdirdə onlara qarşı hücumları bərpa etməyə hazırdır.
Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların lideri Abdel Malik əl-Husi bildirib.
“Barmağımız tətikdədir və düşmən İsrail Qəzza zolağına qarşı təcavüzü bərpa edərsə, onlara dərhal cavab verməyə hazırıq”, - o deyib.