ABŞ və Britaniya Paris konfransının bəyannaməsini rədd ediblər

2025/02/1739282456.jpg
Oxunub: 574     17:52     11 Fevral 2025    
Amerika Birləşmiş Ştatları və Böyük Britaniya Parisdə keçirilən süni intellekt üzrə sammitin bəyannaməsini imzalamaqdan imtina ediblər.

Ordu.az xəbər verir ki, adıçəkilən ölkələr “açıq və etik süni intellekt” adlı sənədə dəstək göstərməyiblər.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Amerika Bİrləşmiş Ştatları başqa ölkələrin süni intellekt üzərində nəzarətin sərtləşdirilməsi cəhdlərini qəbul etməyəcək.

Onun sözlərinə görə, ifrat dərəcədə nizamlama süni intellekt sahəsinin özünün mövcudluğu üçün təhdid yaradıb.

Fevralın 10-dan 11-dək Parisdəki "Qran-Pale" sərgi mərkəzində süni intellektin təhlükəsiz istifadəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Tədbirdə 100-dən çox ölkənin nümayəndələri iştirak edərək, etika və beynəlxalq nizamlanmaya əsaslanan süni intellektin inkişafı üçün alternativ yollar təklif ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya   Paris  


Bizi "telegram"da izləyin