HƏMAS: Qəzza ilə bağlı razılaşmanın icrasının davam etdirilməsi İsrailin hərəkətlərindən asılıdır

2025/02/1739282365.jpg
Oxunub: 523     17:57     11 Fevral 2025    
Qəzza zolağında atəşkəs və israilli girovların fələstinli məhbuslarla mübadiləsi haqqında razılaşmanın icrasının davam etdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır.

Ordu.az xəbər verir ki, bu barədə HƏMAS-ın Qətərdəki siyasi bürosunun yüksək vəzifəli üzvü Hüsam Bədran TASS-ın müxbirinə telefonla bildirib.

"Sazişin bütün müddəaları və təfərrüatları aydındır. Problem İsrail hakimiyyətinin sazişin həyata keçirilməsi zamanı yol verdiyi pozuntu və sui-istifadə halları ilə bağlıdır", - o qeyd edib.

H.Bədran, həmçinin deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahu sazişin şərtlərini yerinə yetirməkdən yayınmağa və manipulyasiya etməyə çalışır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin