BMT Baş katibi HƏMAS və İsraili atəşkəsi qorumağa çağırıb

2025/02/1739281686.jpg
Oxunub: 454     17:33     11 Fevral 2025    
Qəzza zolağındakı vəziyyətlə əlaqəsi olan bütün tərəflərin vəzifəsi anklavda döyüş əməliyyatlarının yenidən başlanmasına imkan verməməkdir.

Ordu.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterriş bildirib.

"Biz Qəzza zolağında böyük faciəyə səbəb olacaq döyüş əməliyyatlarının yenidən başlanmasının qarşısını hər vəchlə almalıyıq. HƏMAS-ı şənbə günü girovların azad edilməsini həyata keçirməyə çağırıram", - baş katib qeyd edib.

A.Quterriş əlavə edib ki, İsrail və HƏMAS atəşkəs razılaşmasının şərtlərində nəzərdə tutulan öhdəliklərinə əməl etməli, Dohada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqları bərpa etməlidirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin