Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Britaniyanın Müdafiə Nazirliyi ərazidə tam-miqyaslı araşdırmanın aparılmasına göstəriş verib. Tikintiyə cəlb olunmuş podratçı şirkətlər təkcə iki gün ərzində 155 bomba üzə çıxarıblar. Qazıntı sahəsinin genişləndirilməsindən sonra digər partlayıcılar üzə çıxıb.
Şəhər administrasiyasından bildiriblər ki, aşkarlanan sursat “təlim bombaları” olsalar da, onların içində müəyyən miqdarda barıt var. Aşkarlanan sursatlar təhlükəsizlik məqsədilə yalnız peşəkar mütəxəsislər tərəfindən zərərsizləşdirilə bilər.
Ordu.az