XİN: Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib (YENİLƏNİB)

2025/02/1739268018.jpg
Oxunub: 601     14:47     11 Fevral 2025    
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ səfiri Lin Treysi ilə xaricdəki diplomatik nümayəndəliklərin işi ilə bağlı planlaşdırılmış görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib. Görüş xaricdəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyətinə həsr olunub", - deyə diplomat qeyd edib.

***

ABŞ səfiri Lin Treysi gözlənilmədən Rusiya Xarici İşlər Nazirliyinə gedib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Medianın yazdığına görə, ABŞ səfərinin Rusiya XİN-i ziyarət etməsinin səbəbi məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin