İsrail Ordusu döyüş hazırlığı səviyyəsini artırıb

2024/08/1724386913.jpg
Oxunub: 576     08:53     11 Fevral 2025    
İsrail Ordusu HƏMAS-ın girovların azad edilməsini dayandırmaq niyyəti barədə bəyanatından sonra Cənub Komandanlığının məsuliyyət zonasında döyüş hazırlığı səviyyəsini artırıb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Bəyanatda qeyd olunur ki, vəziyyətin qiymətləndirilməsindən sonra hazırlıq səviyyəsinin artırılması, Cənub Komandanlığının əməliyyat bölmələrinin əsgərlərinin məzuniyyətlərinin təxirə salınması, ərazinin əlavə bölmələrlə gücləndirilməsi barədə qərar qəbul edilib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   HƏMAS  


Bizi "telegram"da izləyin