ABŞ-dən Venesuelaya miqrantlarla dolu iki təyyarə yola düşüb

2025/02/1738929783.jpg
Oxunub: 384     05:07     11 Fevral 2025    
ABŞ-dən Venesuelaya miqrantlarla dolu iki təyyarə yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Venesuelanın informasiya və rabitə naziri Freddi Nyanez "Telegram" kanalında bildirib.

"Venesuela hökuməti öz xalqını və bütün dünyanı məlumatlandırır ki, hazırda "Conviasa" aviaşirkətinə məxsus iki təyyarə, "Vətənə Qayıdış" proqramı çərçivəsində ABŞ-dən venesuelalı miqrantları gətirmək hərəkətdədir", – hökumət kommünikesində bildirilir.

Sənəddə vurğulanır ki, ABŞ Prezidenti Donald Trampın xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell ilə aparılan danışıqlar zamanı venesuelalıların geri qaytarılmasının onların ləyaqətinə və insan hüquqlarına tam hörmət çərçivəsində həyata keçirilməli olduğu bəyan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Miqrant  


Bizi "telegram"da izləyin