HƏMAS yeni girovlar qrupunun azad edilməsini təxirə salıb

2025/02/1739212632.jpg
Oxunub: 667     22:34     10 Fevral 2025    
Fələstinin "HƏMAS" hərəkatı İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan və fevralın 15-də evlərinə qayıtmalı olan yeni girov qrupunun azad edilməsini təxirə salıb.

Ordu.az-ın məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının - İzzəddin əl-Qəssam Briqadaları qrupunun nümayəndəsi - Əbu Ubeydə deyib.

"Son üç həftə ərzində biz düşmən tərəfindən sövdələşmənin şərtlərinin davamlı şəkildə pozulmasının şahidi olduq. Bununla əlaqədar olaraq fevralın 15-də azadlığa buraxılması planlaşdırılan əsirlərin [girovların] azad edilməsini növbəti xəbərdarlığa qədər təxirə salmaq qərarına gəldik. İsrail [müqavilənin müddəalarına] əməl etməli və son həftələrdə ona dəyən zərəri geriyə qaytarmalıdır", - deyə o "Telegram" kanalında yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin