Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib

2025/02/1739211519.jpg
Oxunub: 478     22:07     10 Fevral 2025    
Qırğızıstan Prezidenti Sadır Japarov amerikalı milyarder İlon Maskın ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi” və “Azadlıq” Radiosu"nun media layihələrini bağlamaq çağırışını dəstəkləyib.

Ordu.az xəbər verir ki, dövlət başçısı bunu yerli "Kabar" agentliyinə müsahibəsində deyib.

"Donald Tramp və İlon Mask - onların hər ikisi milyarderdir. Onlar yaxşı başa düşürlər ki, pullar göydən düşmür. Onlar amerikalıların pullarının mənasız xərclənməsini dayandırmaq istəyirlər", - qırğız lideri bildirib.

Siyasətçinin sözlərinə görə, bu gün istənilən məlumat beş dəqiqə ərzində dünyaya yayılır və insanlara “Azadlıq Radiosu"nun xəbərləri lazım deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Japarov   Qırğızıstan  


Bizi "telegram"da izləyin