Türkiyənin müxalifət partiyası prezidentliyə namizədini ilkin seçki yolu ilə müəyyənləşdirəcək

2025/02/1739201485.jpg
Oxunub: 507     19:22     10 Fevral 2025    
Türkiyənin əsas müxalif siyasi qüvvəsi - Cümhuriyyət Xalq Partiyası (CHP) prezidentliyə namizədinin ilkin seçki yolu ilə müəyyənləşdirilməsinə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, CHP İdarə Heyətinə prosesə nəzarət etmək üçün səlahiyyət verilib.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   CHP  


Bizi "telegram"da izləyin