Ordu.az xəbər verir ki, şirkət 12-D28 nömrəli stendində qabaqcıl texnologiya məhsullarını və həllərini nümayiş etdirərək, sektor peşəkarları ilə bir araya gələcək.
ASELSAN sərgi ziyarətçilərinə rabitə, radar, radioelektron mübarizə, hava və raketdən müdafiə sistemləri, avionik sistemlər, insansız sistemlər və kibertəhlükəsizlik kimi kritik sahələrdə inkişaf etdirdiyi innovativ həlləri təqdim edəcək.
IDEX 2025 çərçivəsində ASELSAN qlobal əməkdaşlığı gücləndirmək, yeni bazarlara açılmaq və ən müasir məhsullarını beynəlxalq arenada tanıtmağı hədəfləyir.
Digər tərəfdən, ASELSAN baş direktoru Ahmet Akyol 2025-ci ildə iki rəqəmli böyüməni hədəflədiklərini, 2024-cü il ərzində 31 yeni məhsulun hazırlanaraq istehsal edildiyini və bu təcilin 2025-ci ildə də davam edəcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az