Ordu.az xəbər verir ki, ASELSAN aylıq kommunikasiya bülleteninin 2025-ci il fevral sayında hərbi və mülki standartlarda istehsal imkanlarına malik olan, rabitə layihələri üçün antena və kommunikasiya həlləri təklif edən, Balıkəsirdə yerləşən “Kuvayi Technologies” şirkətinin töhfələri ilə yerli və milli VHF antenasının milliləşdirilməsinin tamamlandığını bildirib.
VHF dəniz antenaları hərbi və mülki gəmilərin bir-biri ilə, sahil stansiyaları, liman idarələri və sahil mühafizə bölmələri ilə əlaqə saxlaması üçün istifadə olunur.
O, həmçinin fövqəladə əlaqələr, hava məlumatlandırmaları və digər VHF radio tezlikləri üzərində məlumat mübadiləsi üçün vacibdir.
ASELSAN radar texnologiyaları sahəsində güclü istehsal gücünü daha da artırmaq üçün investisiyalarını davam etdirir. Bu kontekstdə ASELSAN son illərdə AESA əsaslı radar texnologiyalarında əhəmiyyətli irəliləyişlər əldə edib, dünyanın aparıcı radar dizayn və istehsal mərkəzlərindən birinə çevrilib.
Bu baxımdan ASELSAN xüsusilə beynəlxalq sifarişlərdə ciddi sürət qazanıb.
Sevinc Əliyeva
Ordu.az