AİKU Layihəsində 35 min uçuş saatı tamamlandı

2025/02/1739172520.jpg
Oxunub: 496     20:27     11 Fevral 2025    
B350 “King Air” Təcili Plotlu Kəşfiyyat Təyyarələri (Acil İnsanlı Keşif Uçakları - AİKU) Layihəsində 35 min uçuş saatına çataraq, yeni bir uğur əldə edilib.

Ordu.az xəbər verir ki, bu barədə TUSAŞ tərəfindən nəşr olunan “GökVatan” jurnalının 139-cu sayında bildirilib.

“GökVatan”ın fevral sayında TUSAŞ-ın bir çox sahədə gördüyü işlər yer alarkən, inkişaflardan biri də AİKU Layihəsi ilə bağlı olub.

Bu çərçivədə jurnalın 139-cu sayında layihə ilə bağlı yeni uçuş saatı rekordunun qırıldığı qeyd edilib.

Bu çərçivədə 8 ədəd B350 “King Air” Təcili Plotlu Kəşfiyyat Təyyarəsi 35.000 uçuş saatına çataraq, 7.525 uçuş həyata keçirə bilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AİKU   TUSAŞ  


Bizi "telegram"da izləyin