Ordu.az xəbər verir ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias Keşiş dağındakı Dağ Döyüş və Xizək Təlim Mərkəzinə (KEOAX) baş çəkib, yeni nəsil yerli PUA və “gəzən sursat” sistemlərini yerindəcə araşdırıb.
Nazir “X” sosial media platformasında Yunanıstanın inkişaf etdirdiyi bu sistemlərin sınaqlarını yaxından izlədiyini açıqlayıb.
“Defence Review” nəşrinin məlumatına görə, səfər zamanı Dendiası müdafiə nazirinin müavini Giannis Kefalogiannis, nazirliyin baş katibi Antonios Oikonomou və Baş Qərargahın rəisləri müşayiət ediblər.
Bildirilib ki, səfər zamanı Yunanıstan Silahlı Qüvvələrinin Birgə Araşdırma, Texnoloji İnkişaf Etdirmə və İnnovasiya Mərkəzi (KETAK) tərəfindən inkişaf etdirilən sistemlər Xüsusi Hərb Komandanlığının şəxsi heyəti ilə sahədə sınaqdan keçirilib.
Sınaqdan keçirilən platformalar arasında Yunanıstanın ALTUS şirkətinin istehsalı olan “Atlas” 204 PUA-sı da var. Xüsusi Təyinatlı Qüvvələr və Dağ Komando Bölmələri bu sistemlərin əməliyyat effektivliyini real ssenarilər vasitəsilə qiymətləndirirlər.
Sevinc Əliyeva
Ordu.az