Skandinaviya müdafiə şirkətləri satış rekordları qırıb

2025/02/1739168372.jpg
Oxunub: 490     13:01     12 Fevral 2025    
Skandinaviya müdafiə şirkətləri satış rekordları qırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

Bütün Avropa hökumətləri hərbi xərcləri artırmağa davam etdiyi bir dövrdə “Saab” və “Kongsberg” 2024-cü il üçün rekord satış artımı və sifarişlər elan edib.

“Gripen” döyüş təyyarəsi və “Carl-Gustaf” geri təpməsiz tüfənginin istehsalçısı olan İsveçin “Saab” şirkəti sifarişlərin ötən il 24% artaraq, 96,8 milyard İsveç kronuna (8,9 milyard dollar) çatdığını, toplanmış sifarişlərin isə rekord həddə 187 milyard krona çatdığını bildirib.

Sifarişlər arasında Macarıstan üçün “Gripen”lər, radar sistemləri, hava hücumundan müdafiə sistemləri, “GlobalEye” müşahidə təyyarələri və Polşadan “Carl-Gustaf” üçün rekord sifariş yer alıb.

Norveçin “Kongsberg” şirkətinin müdafiə və avasiya sifarişləri 2024-cü ildə 44% artaraq, 54,4 milyard Norveç kronuna (4,85 milyard dollar) çatıb.

Müdafiə və avasiya sektorunda “sifariş dəftəri” dekabrın sonunda illik müqayisədə 54% artaraq, 101 milyard krona çatıb.

Finlandiyanın “Patria” şirkəti bildirib ki, 2024-cü ildə şirkətin altı təkərli zirehli vasitələrinə tələbat artdığından sifarişlər 33% artaraq, 1,26 milyard avroya çatıb və dekabrın sonuna olan sifarişlər 2,38 milyard avro təşkil edib.

“Kongsberg” şirkətin 49,9%-nə sahibdir, qalan hissə isə Finlandiya hökumətinə məxsusdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Skandinaviya   Müdafiə   Şirkət  


Bizi "telegram"da izləyin