Ordu.az xəbər verir ki, bu barədə Niderland İctimai Yayım Korporasiyası (NOS) məlumat yayıb.
Süni zəka proqramı “DeepSeek” “casusluğa meyilli proqram” kimi təsvir edilib və buna görə də ictimai cihazlarda istifadəsi qadağan edilib.
Bildirilib ki, “DeepSeek”in istifadəsinə qoyulan qadağa mərkəzi hökumət cihazlarına şamil edilir və yerli hökumətlər öz əməkdaşlarına da oxşar məhdudiyyət tətbiq edə bilərlər.
Bu yaxınlarda Niderland Şəxsi Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən verilən bir açıqlamada “DeepSeek”dən diqqətlə və ehtiyatla istifadə edilməsinə çağırış edilib.
Sevinc Əliyeva
Ordu.az