Ordu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Luiziana ştatına gedərkən təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablayarkən bildirib.
"Məncə, fələstinlilərə icazə vermək, qəzzalıların geri qayıtmasına icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın geri qayıtmasını istəmirik. Mən bunu böyük bir daşınmaz əmlak parçası kimi düşünürəm. ABŞ ona sahib olacaq və yavaş-yavaş onu inkişaf etdirəcək. Biz Yaxın Şərqə sabitliyi qaytaracağıq", - o deyib.
Daha sonra Qəzza zolağının tamamilə dağıdıldığını vurğulayan Tramp oranın qaydaya salınacağını, ABŞ-nin Qəzzanı zəngin Yaxın Şərq ölkələrinin köməyi ilə yenidən quracağını deyib.
Ordu.az