Ordu.az xəbər verir ki, müvafiq olaraq, qlobal yarımkeçirici satışları illik əsasda 19,1 faiz artımla 2024-cü ildə 627,6 milyard dollara çatıb.
Qlobal yarımkeçirici satışları 2023-cü ildə ümumilikdə 526,8 milyard dollar olaraq qeydə alınıb.
Beləliklə, ötən il satışlar illik olaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Regional olaraq, yarımkeçiricilərin satışı Amerika qitəsində illik 44,8 faiz, Çində 18,3 faiz, Asiya-Sakit okean regionunda 12,5 faiz artıb, Yaponiyada 0,4 faiz, Avropada isə 8,1 faiz azalıb.
Sevinc Əliyeva
Ordu.az