Cənubi Koreya MH-60R “Seahawk” helikopterlərini təhvil alır

2025/02/1738991710.jpg
Oxunub: 384     12:33     11 Fevral 2025    
Cənubi Koreya Hərbi Dəniz Qüvvələri (HDQ) Şimali Koreyadan artan dəniz təhdidləri fonunda sualtı və suüstü döyüş qabiliyyətini gücləndirmək üçün daha geniş səylərin bir hissəsi olaraq ilk MH-60R “Seahawk” helikopterini gələn ay təhvil almağa hazırlaşır.

Ordu.az xəbər verir ki, Cənubi Koreya ABŞ-nin müdafiə sənayesi istehsalçısı “Lockheed Martin”dən 12 ədəd “Seahawk” almaq üçün 2020-ci ildə 667,6 milyon dollarlıq satınalma müqaviləsi imzalayıb.

Cənubi Koreyanın Müdafiə Satınalma Proqramı İdrəsinin (DAPA) rəsmisinin sözlərinə görə, ilk helikopterin fevralda, qalan helikopterlərin isə ilin sonuna qədər mərhələli şəkildə çatdırılması planlaşdırılır.

Cənubi Koreya HDQ-nin rəsmisi bildirib ki, təhvil verildikdən sonra “Seahawk”lar gələn il istismara verilməzdən əvvəl sahə sınaqlarından və digər tətbiq öncəsi prosedurlardan keçəcək.

Helikopterlərin Cənubi Koreyanın P-8A dəniz patrul təyyarəsi ilə koordinasiya edəcəyi gözlənilir ki, bu da HDQ-nin Şimali Koreya sualtı qayıqlarının fəaliyyətini aşkar etmək və ona qarşı mübarizə aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   P-8A  


Bizi "telegram"da izləyin