Senator: "Vaşinqtonda qəzaya uğrayan helikopterdə təhlükəsizlik sistemi sönülü olub"

2025/02/1738382744.jpg
Oxunub: 407     13:45     07 Fevral 2025    
Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopteri təhlükəsizlik sistemi söndürülmüş vəziyyətdə uçub.

Ordu.az “CBC News” telekanalına istinadən xəbər verir ki, bunu Texas ştatından olan senator Ted Kruz bildirib.

Onun sözlərinə görə, qəza zamanı helikopterdə avtomatik asılı müşahidə-yayım sistemi (ADS-B) işləmirdi. Bununla yanaşı, senator pilotların cihazı söndürmək üçün səbəblərinin olmadığına əminliyini ifadə edib.

Materialda həmçinin ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının sədri Cennifer Homendinin sözləri də yer alıb. O, jurnalistlərə bildirib ki, helikopterin ümumiyyətlə ADS-B ilə təchiz olunub-olunmadığı hələ dəqiq məlum deyil.

Xatırladaq ki, yanvarın 29-da Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında helikopter və təyyarə toqquşub. Helikopterdə 3 hərbçi, təyyarədə isə 60 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə və helikopterin qalıqları Potomak çayına düşüb, aviaqəzada heç kim sağ qalmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Helikopter  


Bizi "telegram"da izləyin