Ordu.az xəbər verir ki, təlim zamanı Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanmış bir çox silah və sistemlər ilk dəfə sahədə tətbiq edilib.
Təlimdə ilk dəfə istifadə edilən sistemlər arasında “Nefer” Qülləli Zirehli Döyüş Vasitəsi, Yüngülləşdirilmiş Tip MPT-76, 5,56 mm-lik Yüngül Pulemyot, “Dragoneye-2” Termal Kamerası, “Kafes” Qorumalı Mini Pilotsuz Uçuş Aparatı (PUA) və “Boyga” kvadrokopter tipli PUA-sı kimi innovativ həllər diqqət çəkib.
Bundan əlavə, təlimdə ilk dəfə olaraq “Aslan-3” və “Barkan” İnsansız Quru Platformaları (İQP), ZMA-X İQP-si, MİLKED-3A3 Radioelektron Dəstək Sistemi, UMA Kəşfiyyat və Müşahidə Sistemi tətbiq edilib və onların imkanları sınaqdan keçirilib.
Sevinc Əliyeva
Ordu.az