Türkiyə MN: 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin tədarükü prosesi davam edir

2025/02/1738912408.jpg
Oxunub: 575     13:19     07 Fevral 2025    
Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri bildiriblər ki, Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaq üçün 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin tədarükü prosesi davam edir.

Ordu.az xəbər verir ki, rəsmilər müxtəlif konfiqurasiyalarda 40 təyyarənin alınmasının planlaşdırıldığını, lakin dəqiq konfiqurasiyanın hələ müəyyən edilmədiyini bildiriblər.

Bu çərçivədə aparılan müzakirələrdən sonra hazırlanan Ehtiyac Təqdimatı Sənədi Böyük Britaniya Müdafiə Nazirliyinə və müvafiq şirkətə göndərilib. Türkiyə hazırda Britaniyadan qiymət təklifi gözləyir.

Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri satınalma prosesi ilə bağlı bildiriblər:

“Biz müxtəlif konfiqurasiyada 40 təyyarə almaq istəyirik. Bu birləşmələr dəyişə bilər, hazırda heç nə dəqiq deyil. Görüşlər nəticəsində hazırlanan Ehtiyac Təqdimatı Sənədini Britaniya Müdafiə Nazirliyinə və müvafiq şirkətə göndərdiyimizi bildirdik. Onlardan qiymət təklifini gözləyirik. Bizim tələbimiz odur ki, alınacaq ilk təyyarələr yeni istehsal olsun. Ancaq bunun necə olacağı bizə göndəriləcək təklifə görə formalaşacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN   Eurofighter-Typhoon  


Bizi "telegram"da izləyin