“Akıncı” zərbə PUA-sının Mərakeşə tədarük edildiyi iddia edilir

2025/02/1738909011.jpg
Oxunub: 553     13:40     07 Fevral 2025    
Türkiyənin “Baykar” şirkəti tərəfindən inkişaf etdirilən “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatının (PUA) bir partiyası Mərakeşə çatdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Mərakeş və Türkiyə KİV-ləri məlumat yayıb.

Yerli media hesablarına və “Defense Atlas”a görə, Mərakeş “Baykar” istehsalı olan “Akıncı” zərbə PUA-larının bir partiyasını təhvil alıb.

Lakin çatdırılma ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hazırda “Baykar” istehsalı olan “Bayraktar TB2” zərbə PUA-larından istifadə edən Afrika ölkələrindən biri də Mərakeşdir.

Xüsusilə Qərbi Sahara problemi səbəbiylə bölgədə problem yaşadığı Əlcəzairə qarşı NATO-ya uyğun silahlara üstünlük verən Mərakeş bütün qitədə müdafiə xərclərinə önəm verən ölkələrdəndir.

Afrikadan Avropaya keçməyə çalışan afrikalıların da kəsişmə nöqtələrindən biri olan Mərakeş xüsusilə bu dövrdə PUA sistemlərinə diqqət yetirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akıncı   PUA   Türkiyə  


Bizi "telegram"da izləyin