“Altay” əsas döyüş tankı da bu uğur hekayəsinə qoşularaq, növbəti təlimdə yerini alacaq” - Selçuk Bayraktaroğlu

2025/02/1738905989.jpg
Oxunub: 538     13:01     07 Fevral 2025    
“Altay” əsas döyüş tankı ilə bağlı açıqlama verən Türkiyə Quru Qoşunları komandanı general Selçuk Bayraktaroğlu tankın inventara daxil olma tarixinə işarə edib.

Ordu.az xəbər verir ki, “Qış təlimi - 2025” birgə təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nə qatılan Bayraktaroğlu “Altay” tankına toxunub.

Bayraktaroğlu növbəti “Qış təlimi”ndə “Altay” tankının da iştirak edəcəyini bildirib.

Bayraktaroğlunun verdiyi açıqlamada bu ifadələr yer alıb:

“Türkiyəli mühəndislərin məhsulu olan və ekvivalentlərindən üstün hərəkət qabiliyyətinə, sağqalma qabiliyyətinə, atəş gücünə malik “Altay” əsas döyüş tankı da bu uğur hekayəsinə qoşularaq, növbəti təlimdə yerini alacaq”.

Qeyd edək ki, Almaniyanın güc qrupu embarqosu səbəbiylə kütləvi istehsal prosesi dayandırılan “Altay” əsas döyüş tankının bu il Cənubi Koreya istehsalı olan güc qrupu ilə kütləvi istehsala keçməsi planlaşdırılır.

Ötən müddətdə Cənubi Koreyanın güc qrupu ilə təchiz olunmuş 2 ədəd “Altay” tankı sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Kütləvi istehsal ilk “Altay” tankının 2025-ci ilin iyun-avqust aylarında təhvil verilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Altay  


Bizi "telegram"da izləyin