Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu açıqlayıb

2025/02/1738859547.jpg
Oxunub: 399     20:13     06 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün səylər göstərdiyini və bu istiqamətdə artıq müəyyən irəliləyiş olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə o, Vaşinqtonda çıxışı zamanı bildirib.

“Biz bu problemi həll etmək üçün çox çalışırıq. Düşünürəm ki, bunun (müharibənin – red.) dayandırılmasını təmin etmək baxımından irəliləyiş əldə edirik”, - o deyib.

Tramp bir daha bildirib ki, Ukraynada müharibənin başlanmasında günahın bir hissəsi də sələfi Cozef Baydenin üzərinə düşür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin