Netanyahu İrana zərbələrin dayandırıldığını açıqlayıb

2026/06/1780938507.jpg
Oxunub: 218     21:06     08 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu İrana endirilən zərbələrin dayandırıldığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Netanyahu ictimaiyyətə müraciətində bildirib.

O, tərəflər arasında raket hücumlarının qarşılıqlı mübadiləsindən sonra etdiyi ilk açıq çıxışında atəşkəs ifadəsini işlətməkdən çəkinib.

“Hazırda atəş dayandırılıb. Çünki Tehran terror rejiminə zərbə endirdikdən sonra onlar da bizə hücum etməyi dayandırıblar. Əgər İranın terror rejimi səhvə yol verərək yenidən bizə hücum etsə, biz buna güclü cavab verəcəyik”, - deyə Netanyahu bildirib.

İsrail hökumət başçısının sözlərinə görə, Tehran Livandakı münaqişəni birbaşa İrandan veriləcək cavabla əlaqələndirərək “yeni qaydalar” formalaşdırmağa çalışıb.

“Onlar düşünürdülər ki, həm Livan, həm də İran ərazisindən İsrailə zərbələr endirə bilərlər və biz buna cavab verməyəcəyik. Bu baş vermədi və baş verməyəcək. Mənim rəhbərliyim dövründə əsla”, - deyə Netanyahu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İran  


Bizi "telegram"da izləyin