Fransa Parisdəki “Rus Evi”nin hesablarını dondurub

2025/02/42244-1738846197.jpg
Oxunub: 573     16:46     06 Fevral 2025    
Fransa Parisdəki “Rus Evi”nin hesablarını dondurub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bildirib.

Onun sözlərinə görə, Fransa hakimiyyəti Parisdəki Rus Evinin işini tamamilə bloklamağa çalışır.

“Hazırda Rusiya Evinin hesablarını dondurmaqla onun işini tamamilə dondurmağa cəhdlər edilir. Bu mövzuda fransızlarla çətin danışıqlar aparırıq, xüsusən ona görə ki, burada “Rus evi” qanuni əsaslarla, ikitərəfli müqavilə əsasında fəaliyyət göstərir. Eyni ilə Rusiyada da Fransız Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu, son həftələrdə baş verən hadisələrin mənfi inkişafıdır”, - səfir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rus-Evi  


Bizi "telegram"da izləyin