Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

2025/02/1738844825.jpg
Oxunub: 475     16:23     06 Fevral 2025    
Fransa Senatı 2025-ci il üçün büdcəni təsdiqləyib və onu Konstitusiya Şurasına göndərib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, şuranın təsdiqindən sonra prezident Emmanuel Makron qanun layihəsini imzalaya biləcək.

Büdcə 2025-ci ildə kəsirin 5,4 %-ə qədər azaldılmasını nəzərdə tutur. Bu da dövlət xərclərinin azaldılması və zəngin vətəndaşlar, eləcə də korporasiyalar üçün vergilərin artırılması hesabına əldə ediləcək. Eyni zamanda, büdcədə hərbi xərclərin 2024-cü illə müqayisədə 3,3 milyard avro artırılması nəzərdə tutulur.

Agentlik qeyd edib ki, baş nazir Fransua Bayru xüsusi konstitusiya səlahiyyətlərindən istifadə edərək qanun layihəsini irəli sürüb. Çünki onun sələfi 2024-cü ildə qanun layihəsinin qəbul edilməsinə nail ola bilməyib. Bu, müxtəlif siyasi qüvvələrlə çoxhəftəlik müzakirələr fonunda baş verib.

"Bir saniyə belə itirmək olmaz", - büdcənin yekun mətnini müzakirə edən qanunvericilərin qrupunu təmsil edən senator Jan-Fransua Yusson bildirib.

Qanun layihəsinin lehinə 219, əleyhinə 107 senator səs verib.

Beləliklə, qanun layihəsi qəbul edilmiş hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Hərbi-xərc  


Bizi "telegram"da izləyin