Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbəyə istinadən məlumat yayıb.
"İlon Maskın DOGE-dəki komandası ehtimal olunan dələduzluq və ya vəsaitlərin məqsədsiz xərclənməsi hallarını aşkar etmək üçün “Medicare” və “Medicaid Services” mərkəzlərində çalışır. DOGE nümayəndələri ödəniş və müqavilə sistemlərinə giriş əldə ediblər", - mənbə bildirib.
DOGE nümayəndələri həmçinin yalnız CMS-də deyil, ümumilikdə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyində müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) proqramları ilə bağlı müqavilələrin, o cümlədən “Deloitte” konsaltinq şirkəti ilə müqavilələrin ləğvi ilə məşğuldurlar.
Ordu.az