BMC zirehli vasitələrini IDEX 2025 sərgisində nümayiş etdirəcək

2025/02/2025--1738822187.jpg
Oxunub: 478     14:20     07 Fevral 2025    
Türkiyənin ticari və hərbi avtomobil istehsalçısı BMC 2025-ci il fevralın 17-21-də Əbu-Dabidə keçiriləcək IDEX 2025 Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, BMC tədbir boyu 12-E06 nömrəli stenddə ziyarətçiləri qarşılayacaq, sektor nümayəndələrinə zirehli vasitələrini, texnoloji həl və sistemlərini təqdim edəcək.

Dünyanın aparıcı müdafiə sənayesi sərgilərindən biri olan IDEX hər il beynəlxalq müdafiə şirkətlərini, yüksək rütbəli hərbi rəsmiləri və sektor mütəxəssislərini bir araya gətirir.

BMC ardıcıl iştirak etdiyi IDEX-də işgüzar əlaqələrini gücləndirmək və xarici bazarlarda iştirakını artırmaq üçün tədbirlər həyata keçirəcək. 2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə 400 zirehli vasitə satan şirkət ölkədəki mövcud əlaqələrini daha da gücləndirəcək.

Sərgidə BMC-nin həlləri qlobal siyasətçilərə, sektor mütəxəssislərinə və beynəlxalq nümayəndə heyətlərinə təqdim olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMC   IDEX-2025  


Bizi "telegram"da izləyin