STM yeni Kiber Təhdid Vəziyyəti Hesabatını açıqlayıb

2025/02/1738822089.jpg
Oxunub: 444     13:56     07 Fevral 2025    
Türkiyənin STM şirkəti yeni açıqladığı Kiber Təhdid Vəziyyəti Hesabatında mobil tətbiqlər vasitəsilə həyata keçirilən kiberhücumları araşdırıb.

Ordu.az xəbər verir ki, təhlükəsiz mühitlərdə kritik məlumatların saxlanmasının kiber hücumlara yol açdığını vurğulayan STM həssas məlumatların aydın mətndən çox güclü şifrələmə alqoritmləri ilə qorunmasının lazım olduğuna diqqət çəkib.

Türkiyədə kibertəhlükəsizlik sahəsində mühüm layihələrə və yerli məhsullara imza atan STM-in Texnoloji Düşüncə Mərkəzi “ThinkTech” 2024-cü ilin oktyabr-noyabr-dekabr aylarını əhatə edən yeni Kiber Təhdid Vəziyyəti Hesabatını açıqlayıb.

STM-nin kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən kibertəhlükəsizlik sahəsində maarifləndirmə məqsədilə hazırlanan hesabatda 8 fərqli mövzu yer alır.

Hesabatda mobil proqram təhlükəsizliyində diqqət edilməsi lazım olan məsələlər, NFT satış platforması istifadəçilərini hədəf alan fişinq hücumları, kvant kompüterlərindəki son inkişaflar və son zamanlar ən çox kiberhücum edən ölkələr kimi aktual və maraqlı mövzular yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM  


Bizi "telegram"da izləyin