“ARCA Savunma” 2024-cü ildə Türkiyənin 5-ci ən böyük müdafiə sənayesi ixracatçısı olub

2025/02/1738821924.jpg
Oxunub: 520     11:57     07 Fevral 2025    
Türkiyə müdafiə və aviasiya sənayesində fəaliyyət göstərən ixracatçı/istehsalçıları bir araya gətirmək və sektorun ixrac qabiliyyətini artırmaq üçün işlər həyata keçirən, 1700-dən çox üzvü olan Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyi (SSI) 2024-cü ildə sektorda ən çox ixracat həyata keçirən şirkətləri mükafatlandırıb.

Ordu.az xəbər verir ki, mükafatlandırılan şirkətlər arasında “ARCA Savunma” da var.

2024-cü ildə 600 milyon dollarlıq ixracat əldə edən şirkət Türkiyənin 5-ci ən böyük müdafiə sənayesi ixracatçısı olub.

Mövzu ilə bağlı şirkət açıqlama verib. Açıqlamada Müdafiə Sənayesi Komitəsinin ötən il üçün Türkiyənin müdafiə və aviasiya sektorunda ən böyük ixracatçılarını açıqladığı bildirilib.

Bu məlumatlara görə, “Baykar” 1 milyard 831 milyon dollarla birinci, TUSAŞ 750 milyon dollarla ikinci, ASFAT 644 milyon dollarla üçüncü, MKE 610 milyon dollarla dördüncü, “ARCA Savunma” isə 600 milyon dollarla beşinci yerdə qərarlaşıb.

Xidmətlər və digər satışlar ixrac rəqəmlərinə daxil edilməyib.

2020-ci ildə Ankarada qurulan “ARCA Savunma” 2022-ci ildə Çorum Sunqurlu Mütəşəkkil Sənaye Bölgəsində istehsal fəaliyyətinə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ARCA-Savunma   Türkiyə  


Bizi "telegram"da izləyin