Ordu.az xəbər verir ki, açılış mərasimi Türkiyə Müdafiə Səmayesi Komitəsinin sədri Haluk Görgün, Türkiyənin Maskatdakı səfiri Muhammet Hekimoğlu, ASELSAN Baş direktoru Ahmet Akyol, TUSAŞ Baş direktoru Mehmet Demiroğlu, HAVELSAN Baş direktoru Mehmet Akif Nacar və ROKETSAN Baş direktoru Murat İkincinin iştirakı ilə keçirilib.
Omanın paytaxtı Maskatda açılan yeni ofis hazırda Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İordaniyada ofisləri, törəmə şirkətləri olan ASELSAN-ın Yaxın Şərq və Körfəz regionunda mövcudluğunu gücləndirmək səylərinin bir hissəsi olacaq.
Oman ofisi öz sahəsində ən yaxşı məhsullar istehsal edən, oyun dəyişdirici texnologiyalar inkişaf etdirən və ixraca diqqət yetirərək böyüyən ASELSAN-ın qlobal inkişafına töhfə verəcək.
ASELSAN-ın Omanda olması iki ölkə arasında biliklərin ötürülməsi və potensialın artırılması fəaliyyətləri üçün yeni imkanlar təqdim edəcək.
Sevinc Əliyeva
Ordu.az