Maskın agentliyi bir neçə KİV-i maliyyələşdirməyi dayandıracaq

2025/02/1738818883.jpg
Oxunub: 405     04:27     06 Fevral 2025    
Milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənən “Politico” və digər KİV-ləri maliyyələşdirməyi dayandıracaq.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livit brifinq zamanı deyib.

"Mən təsdiq edə bilərəm ki, ABŞ vergi ödəyiciləri hesabına “Politico” abunələrinə subsidiya verməyə gedən 8 milyon dollardan çox vəsait artıq olmayacaq", - deyə o bildirib.

Mask daha sonra hökumətin mediaya xərcləmələrinin, o cümlədən “Associated Press“ xəbər agentliyinə abunələrin, vergi ödəyicilərinin pullarını israf etmək olduğunu və kəsiləcəyini deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlon-Mask   Politico  


Bizi "telegram"da izləyin