USAID Xarici Yardım Proqramının maliyyələşdirilməsi qadağasını pozub

2025/02/1738818674.jpg
Oxunub: 955     03:07     06 Fevral 2025    
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi əməkdaşları Dövlət Departamentinin demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini 90 gün müddətinə dayandırmaq əmrini pozub.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, sərəncamlar verildikdən sonra qurumda hələ də ödəniş etməyə çalışan şəxslər olub.

Rubio bildirib ki, USAID əməkdaşları Dövlət Departamentinin yeni rəhbərliyi ilə lazımi səviyyədə əməkdaşlıq nümayiş etdirməyiblər. O, idarənin buna cavab verməli olduğunu vurğulayıb.

“Bu, xeyriyyə və ya şəxsi fond deyil. Bunlar ABŞ vergi ödəyicilərinin vəsaitidir", - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: USAID   Yardım-Proqramı  


Bizi "telegram"da izləyin