ABŞ-nin xüsusi nümayəndəsi fevralın 20-də Kiyevə səfər edə bilər

2025/02/1738818440.jpg
Oxunub: 407     01:38     06 Fevral 2025    
ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 20-də Kiyevə səfər edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə "Rada" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

"ABŞ-nin xüsusi nümayəndəsi Kelloq ilə görüş qrafik dəyişməsə, fevralın 20-də Kiyevdə baş tutacaq", - məlumatda qeyd olunur.

Bundan əvvəl bildirilib ki, Kelloq 14-16 fevralda keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması planını təqdim edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kiyev  


Bizi "telegram"da izləyin