Ordu.az xəbər verir ki, Fransa 2020-ci ildə köhnə “Falcon 50 Surmar” və “Falcon 200 Guardian” hava patrul parklarını əvəz etmək üçün yerli müdafiə istehsalçısı “Dassault Aviation”dan 12 ədəd “Albatros” dəniz müşahidə və müdaxilə təyyarəsi sifariş edib.
“Naval News”un məlumatına görə, təyyarənin ilk uçuşu ərazidəki yerli təyyarə müşahidəçisi tərəfindən təsdiqlənib. Onun üzərinə götürdüyü missiyanın müəyyənedici nişanı təyyarənin gövdəsində görünüb.
Fransa Müdafiə Nazirliyi və “Dassault” mövzu ilə bağlı hələlik açıqlama verməyib.
Məlumata görə, təyyarənin ilk partiyası Fransada, ikinci yarısı isə 2016-cı ildə Fransa hökuməti ilə “Dassault” arasında əldə edilən “offset” razılaşmaları çərçivəsində Hindistanda istehsal olunacaq.
Sevinc Əliyeva
Ordu.az