Fridrix Merz: “Qalib gələrsəm, Almaniyanın miqrasiya siyasətində dəyişikliklər olacaq”

2025/02/1738492486.jpg
Oxunub: 1087     14:12     02 Fevral 2025    
Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar blokundan Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merz bildirib ki, qalib gələrsə iqtisadi və miqrasiya siyasətində əsaslı dəyişikliklər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Merz “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

O, Bundestaqda immiqrasiya qanunlarını sərtləşdirməyə dair qanun layihəsinin uğursuzluğuna baxmayaraq, seçkilərə üç həftə qalmış belə bir zəmanət verib:

“Mən Almaniyadakı seçicilərə iqtisadi və sığınacaq siyasətində real dönüş olacağına zəmanət verirəm. Almaniyada siyasəti dəyişdirməliyik”.

Onun sözlərinə görə, digər məsələlərlə yanaşı, yeni dəyişikliklərə Almaniyaya sığınacaq axtaranların gələcək axınının ciddi şəkildə məhdudlaşdırılması və daxili təhlükəsizlik siyasətinin dəyişdirilməsi daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Merz  


Bizi "telegram"da izləyin