“Falcon 9” raketi “Starlink” peyklərini orbitə göndərib

2018/05/2252-Falcon-9---SpaceX_1526897983.jpg
Oxunub: 621     13:17     02 Fevral 2025    
“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsinin 22 mini peykindən ibarət partiyanı orbitə çıxarıb.

Ordu.az-ın məlumatına görə, bu barədə SpaceX tərtibatçı şirkəti X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Raket Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasındakı buraxılış meydançasından buraxılıb.

Raket daşıyıcısının təkrar istifadə oluna bilən mərhələsi Sakit Okeandakı "Of Course I Still Love You" dəniz platformasına qayıdıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin