Netanyahu Trampla HƏMAS üzərində qələbəni müzakirə edəcək

2025/01/1737436994.jpg
Oxunub: 549     11:26     02 Fevral 2025    
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşdə Fələstinin radikal HƏMAS hərəkatı üzərində qələbəni müzakirə etmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə baş nazir ABŞ-a səfər edərkən deyib. Baş nazirin açıqlamaları onun ofisi tərəfindən yayılıb.

O, eyni zamanda Qəzza zolağında saxlanılan girovların qaytarılması və İran oxuna qarşı mübarizə barəsində də müzakirələrin olacağını vurğulayıb.

“Mən indi prezident Trampla çox vacib görüş üçün Vaşinqtona uçuram. Bu görüş İsrail dövləti üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu, onun andiçmə mərasimindən sonra xarici liderlə ilk müzakirəsidir. Qarşımızda duran ən mühüm məsələləri müzakirə edəcəyik: HƏMAS üzərində qələbə, bütün girovlarımızın qaytarılması və İran oxuna qarşı çıxmaq” – Netanyahu deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp  


Bizi "telegram"da izləyin