Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib

2024/10/1730188236.jpg
Oxunub: 1960     02:48     02 Fevral 2025    
Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

Qurum şəhid olan pakistanlı əsgərlərin ailələrinə və bütün Pakistan xalqına başsağlığı verib, Türkiyənin terrorla mübarizədə İslamabada dəstəyini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, son 24 saat ərzində Bəlucistanda baş verən silahlı insidentlər zamanı 18 pakistanlı hərbçi həlak olub, 23 yaraqlı isə zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   XİN   Pakistan  


Bizi "telegram"da izləyin