Pakistanın Bəlucistan əyalətində silahlı toqquşmada 42 nəfər ölüb

2022/01/2d2bb-1643281243.jpg
Oxunub: 503     17:14     01 Fevral 2025    
Pakistanın cənub-qərbində baş verən silahlı insident zamanı 18 hərbçi və 24 döyüşçü ölüb.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, ölənlərin əksəriyyəti Bəlucistan əyalətindən olan separatçılardır. Silahlı toqquşma separatçıların yollarda qurduqları postların aradan qaldırılması zamanı baş verib.

Separatçıların hansı qruplaşmaya aid olduqları hələ ki bəlli deyil.

Pakistanın Baş naziri Şahbaz Şərif toqquşmanı pisləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Toqquşma  


Bizi "telegram"da izləyin