Ordu.az xəbər verir ki, Estoniya Müdafiə Nazirliyi Parisdə keçirilən “Eurosatory 2024” müdafiə sərgisində Fransa və KNDS şirkəti ilə imzalanmış müqavilə çərçivəsində Fransa istehsalı olan 6 ədəd “Caesar” 155 mm-lik özüyeriyən haubitsasının ilk partiyasını təhvil alıb.
Bu çərçivədə 12 ədəd haubitsa sifarişindən qalan 6 ədədin 2025-ci ilin ortalarına qədər çatdırılması planlaşdırılır.
Eyni zamanda, müqavilədə Estoniyanın gələcəkdə daha 6 ədəd almaq imkanı da var.
Bu çərçivədə təhvil verilən haubitsalar Estoniya diviziyasının nəzdində fəaliyyət göstərən Estoniya Müdafiə Qüvvələrinin (EDF) yeni yaradılmış 3-cü özüyeriyən artilleriya taboruna inteqrasiya ediləcək.
Sevinc Əliyeva
Ordu.az