Ordu.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.
Bu yardıma müxtəlif silahlar, döyüş sursatları, döyüş təyyarələri və pilotsuz uçuş aparatları, habelə Ukrayna hərbi qulluqçularının təlimi daxildir.
Ukrayna və Fransa prezidentləri Polşada Auşvits-Birkenau faşist həbs düşərgəsindən məhbusların azad edilməsinin 80 illiyi münasibətilə keçirilən mərasimdən sonra görüşüblər.
Görüş zamanı Vladimir Zelenski Emmanuel Makrona Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib.
Məlumata görə, liderlər həmçinin Fransanın Ukraynada müdafiə qabiliyyətinin gücləndirilməsi imkanlarını müzakirə ediblər ki, bu da ədalətli və davamlı sülhə nail olmaq üçün Kiyevin mövqeyini gücləndirəcək.
Görüş zamanı Fransanın Ukraynaya yeni hərbi yardım paketi göndərəcəyinə dair razılığın əldə olunduğu da bildirilib. Yeni paketin məzmununun yaxın günlərdə açıqlanması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az