Vens: "Livanda vəziyyət yaxşılaşır, ABŞ davamlı atəşkəs üzərində işləyir"

2026/06/1780974754.jpg
Oxunub: 172     05:23     21 İyun 2026    
Vaşinqton administrasiyası Livanda davamlı atəşkəs təmin etməyə çalışır və hesab edir ki, bu istiqamətdə vəziyyət yaxşılaşır.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

"Marko (Rubio) və bütün komanda Livanda baş verənlərdə fəal iştirak edir. Kütləvi informasiya vasitələrindəki xəbərlərin başlıqlarına baxmayaraq, oradakı vəziyyət əslində yaxşılaşır və gərginlik bir qədər azalır", - o, ABŞ-İran danışıqlarının keçiriləcəyi gözlənilən İsveçrəyə yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərə bildirib.

Vensin sözlərinə görə, Vaşinqton İsrail və Livanın təhlükəsizliyini, regionda sabitliyin təminatı üçün çalışmağa davam edəcək.

O qeyd edib ki, əsas problem döyüşlərin şiddətlənməsidir.

"Kimsə atəş açır, kimsə cavab verir. Atəşkəsin qüvvəyə minməsi üçün atəşi kifayət qədər dayandırmalıyıq. Biz buna nail olmağa çalışırıq", - Vens əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Livan   ABŞ  


Bizi "telegram"da izləyin